Ruslar şərq cəbhəsində 16 uğursuz hücum ediblər

Rus işğalçıları bütün səylərini Luqansk və Donetsk vilayətlərini tam işğal etmək cəhdinə cəmləyərək gün ərzində şərq cəbhəsində 16 uğursuz hücuma keçiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam yekununda məlumat verib.

Məlumatda, düşmənin Luqansk vilayətinin Novoselovski yaxınlığında Kupyanski istiqamətində uğursuz hücum əməliyyatları keçirdiyi bildirilir.

Ukrayna Baş Qərargahdan düşmənin Baxmut istiqamətindəki İvanovskoye ərazisində hücum əməliyyatları keçirdiyi, lakin heç bir uğur əldə etmədiyi bildirilib. Həmin gün ruslar Maryinka şəhəri ərazisində hücum əməliyyatları keçirib, lakin burada da bizim müdafiəçilər düşmənin 9 hücumunun hamısını dəf ediblər, Donetsk vilayətinin Aleksandrovka bölgəsində də uğursuz hücum əməliyyatları olub.

Bu gün Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatları keçirməyən ruslar, amma Zaporojye və Xerson istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər.

...Volın və Polesski istiqamətlərində əməliyyat vəziyyəti ciddi şəkildə dəyişməyib və hətta hücum qruplarının formalaşması əlamətləri də aşkar edilməyib.

Ruslar Severski və Slobojanski istiqamətlərində Ukrayna ilə həmsərhəd ərazilərdə hərbi mövcudluğunu davam etdirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə