Priqojin Kadırovla aralarındakı münaqişənin həll olunduğunu deyir

“Vaqner” PMC-nin sahibi Yevgeni Priqojin, onunla Çeçenistan rəhbərinin ətrafı arasında münaqişənin həll olunduğunu bildirib.

Qeyd edək ki, bunun Ramzan Kadırovun zəngindən sonra baş verdiyi bildirilir.

Priqojinin sözlərinə görə, vəziyyət Rusiya prezidenti tərəfindən çağırılan Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.

Priqojin, kadırovçularla arasındakı münaqişənin “Kreml qüllələrindən biri” tərəfindən qızışdırıldığını deyib. Məhz elə buna görədir ki, “Vaqner” PMC-nin sahibi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu “Rusiya torpaqlarımızı” təslim olmaqda ittiham edərək tənqid etməyə davam edəcəyinə söz verib.

Qeyd edək ki, iş adamı “intiqam bu personajlara çatana qədər” onlarla məşğul olacağını söyləyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Çeçenistan parlamentinin sədri Maqomed Daudov, Dövlət Dumasının respublikadan olan deputatı Adam Delimxanov və “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov Priqojini Baxmut yaxınlığındakı ağır itkilərdə və sursat çatışmazlığı problemlərini şişirtməkdə ittiham eərək, hərbi rəhbərliyə ünvanlanan sərt ifadələrinə görə onu hədələmişdilər.

...Rusiya hakimiyyəti Çeçenistanın rəhbəri Ramzan Kadırov və Vaqner PMC-nin sahibi Yevgeni Priqojin arasında münasibətləri pozmaq üçün çeçen birləşmələrini Ukraynaya qarşı müharibədə hücum rolunu oynamağa məcbur edə bilər.

Maraqlıdır ki, bunu Amerikanın “Müharibə Araşdırmaları İnstitutu”nun analitikləri bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə