Ərdoğan rəsmi olaraq üçüncü dəfə Türkiyə prezidenti oldu

Rəcəb Tayyib Ərdoğan ölkə Böyük Millət Məclisində keçirilən andiçmə mərasimində and içərək rəsmən Türkiyə prezidenti olub. Bu, onun üçüncü prezidentlik müddətidir ki, Ərdoğan növbəti 5 il ərzində bu vəzifəni icra edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, inauqurasiyada 21 dövlət başçısı, 13 baş nazir və digər siyasətçilər iştirak edib. Rusiya tərəfini inauqurasiyada Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edib.

Qeyd edək ki, Ərdoğan 20 ilə yaxındır hakimiyyətdədir: o, 2014-cü ildə prezident vəzifəsini icra edib, ondan əvvəl isə 2003-cü ildən baş nazir olub. 2017-ci ildə konstitusiya islahatından sonra baş nazir postunu ləğv edən Ərdoğan, tam hakimiyyəti öz əlinə aldı.

Onu da qeyd edək ki, Konstitusiyaya görə, Türkiyə prezidenti iki müddətdən artıq prezidentlik edə bilməz. Bununla belə, Türkiyənin Ədliyyə Nazirliyi 2018-ci ildə ölkənin parlament idarəetmə formasından prezident üsul-idarəsinə keçməsindən sonra bu müddətin sayılmayacağını bildirərək, Ərdoğanın ikinci müddətinin “qüvvəsiz” olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə