Fəhlənin uzunboğaz çəkməsindən 1.5 metr uzunluğunda ilan çıxıb

Avstraliyada inşaat işçisi çəkmələrində ilan tapıb. SİA xarici mediaya istinadən bildirir ki, Günter Qleyzer ölümcül zəhərli ilanı gördükdən sonra təşvişə düşüb. Çəkməni geyinməzdən əvvəl son anda ilan görən Qleyser, "Balaca ilan olsaydı, ayaqqabı geyinərkən fərq etməzdim, amma təxminən 1,5 metr idi" dedi. Şərq qəhvəyi ilan olduğu bildirilən bu növə daha çox Şərqi və Cənubi Avstraliyada rast gəlinir. Onların təbii mühiti və insanların yaşayış yerləri kəsişdiyi üçün onları yaşayış məntəqələrində tez-tez görmək olar. Çox zəhərli olan bu növ ən çox ölümə səbəb olan ilanlar sırasındadır. O, dişlədikdə, qurbanın ürəyini və ağciyərlərini möhürləyən zəhəri yeridir və onların boğulmasına səbəb olur. Bu qədər təhlükəli olmasına baxmayaraq, belə ilanlar təhlükə hiss etmədikcə aqressivləşmirlər.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə