İki aydır itkin olan idmançıya aid olduğu düşünülən meyit aşkarlandı

2 aydır itkin düşən məşhur idmançıya aid olduğu düşünülən meyit tapılıb. Mart ayından bəri xəbər alınmayan norveçli biatlonçu Eyvind Sporaland-a aid olduğu düşünülən cəsəd tapılıb. SİA xarici mediaya əsasən xəbər verir ki, 22 yaşlı biatlonçu Eyvind Sporaland ötən ilin martında itkin düşüb. Bütün axtarışlara baxmayaraq tapıla bilməyən məşhur idmançı olduğu düşünülən cəsədi turist tapıb. Yarılma nəticəsində cəsədin Sporaland-a aid olub-olmadığı müəyyənləşəcək. 2 aydır tapılmadığı üçün itkin düşdüyü elan edilən idmançı sonuncu dəfə martın 19-da görünüb. Evdən çıxdıqdan sonra bir daha xəbər alınmayan idmançının son dövrdə psixi vəziyyətinin pis olduğu üzə çıxıb. Qeyd edək ki, Sporaland 2021-ci ildə Norveç Gənclər Biatlon Çempionatında ikinci yeri tutmuşdu.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə