Sağ qalanlar qatar qəzasını danışır: "Cəsədlərin arasında qalmışdım"

Hindistanda 288 nəfərin ölümünə səbəb olan qatar qəzasından sonra sağ qalanlar və köməyə gələn insanlar danışıb. SİA Hindistan mediasına əsasən xəbər verir ki, sözügedən şəxslərin açıqlamaları ilə dəhşət anları bəlli olub. Hadisə şahidi Girija Shankar Rath qəza zamanı ilk öncə yüksək səs eşitdiyini bildirib. Rath hadisə yerinə yaxınlaşmağa başlayanda qışqırıqlar eşitdiyini söylədi: “Hər yer çox xaotik idi və insanlar hər tərəfə qaçırdılar. Mən relslərin yaxınlığında idim və hadisə yerinə getməyə qərar verdim. Sağ qalanların bir qismini və cəsədlərin bir qismini vaqonlardan çıxartdıq. Mən hələ də heyrət içindəyəm".

Xilasetmə işlərinə kömək edən Tutu Bisvas da oxşar açıqlamalar verib. Anası və atası ölmüş bir uşaq tapdıqlarını ifadə edən Bisvas, uşağının da qısa müddətdə öldüyünü bildirdi və mövzu ilə əlaqədar bunları söylədi: "Gözümü açanda hər tərəfdə cəsəd var idi. Bir çox insan su istəyirdi. İnsanlara mümkün qədər çox su verdim. Kəndimizin adamları bura gələrək yaralılara bacardıqları qədər kömək edirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə