Yaponiyada zəlzələ zamanı “avtomatlardan” yemək almaq mümkün olacaq

Yaponiyada fövqəladə hallarda pulsuz yemək və içki təklif edəcək avtomatlar böyük zəlzələ və ya tayfun ehtimalı yüksək olan yerlərdə yerləşdirilməyə başlayıb. SİA xarici mediaya istinadla xəbər verir ki, əvvəlcə zəlzələnin gözlənilən sahil şəhəri Akoda iki maşın quraşdırılıb. Bunkerlərin yaxınlığında 300-dən çox içki və yemək təmin edə bilən 50 ​​avtomat yerləşdirilib. "Biz bu maşınları Yaponiyada quraşdırmaq istəyirik" deyə avtomat istehsalçısı Earth Corp-un nümayəndəsi bildirib. Digər tərəfdən, Yaponiyanın paytaxtı Tokioda bir parkda fövqəladə yayımları avtomatik həyata keçirəcək radio ilə təchiz olunmuş avtomat quraşdırılıb.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə