Tarix boyu baş vermiş ən böyük qatar qəzaları

Dünən Hindistanın Orissa əyalətində baş verən qatar qəzasında 288 nəfərin ölümü, 900-dən çox adamın yaralanması dünyada baş verən böyük qatar qəzalarını ağla gətirdi.

SİA xarici mətbuatda yayımlanan araşdırmaya istinadla xəbər verir ki, məsələn, Şri-Lankada baş verən qəzada 1700 nəfər ölüb, 2004-cü ildə Şri-Lankada baş verən qəza tarixdə ən çox ölümlə nəticələnən qatar qəzası olub. Hind okeanında baş verən zəlzələdən sonra sunami səbəbiylə dəmir yolunun dağılması nəticəsində meydana gələn qatar qəzasında 1700 nəfər həlak olub. 1981-ci ildə Hindistanda baş verən qəzada 800 nəfər həlak olub. 1981-ci ildə Hindistanın Bihar şəhərində körpünü keçərkən qatar relsdən çıxıb və Baqmati çayına düşüb. Ölkə tarixində ən ölümcül qatar qəzası kimi tanınan hadisədə 800 nəfər həlak olub. Fransada qatar qəzasında 700-dən çox əsgər həlak olub, 1917-ci ildə Fransada təxminən 1000 fransız əsgərini daşıyan 19 vaqonlu qatarın relsdən çıxması nəticəsində ölkənin ən dəhşətli qatar qəzası baş verdi.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə