Avropa ekoloji cəhətdən təmiz velosipedlərin istifadəsini genişləndirmək istəyir -FOTOLAR

Avropada ekoloji cəhətdən təmiz və sağlam nəqliyyat vasitələrindən istifadəni təşviq etmək istəyən hökumətlər velosiped zolaqlarının sayını artırmaq kimi müxtəlif addımlar atır. SİA xarici mətbuata istinadən bildirir ki, Avropada 19-cu əsrdə icad edilən velosiped ekoloji və sağlamlığa uyğun alternativ nəqliyyat vasitəsi kimi seçilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası velosiped idmanını təşviq etmək məqsədilə 2018-ci ildə 3 iyun tarixini “Ümumdünya Velosiped Günü” elan edib. Velosiped mədəniyyətinin geniş yayıldığı Hollandiya Avropada “velosipedlər ölkəsi” adlandırıldığı halda, “Cycling Tour de France” yarışı bütün dünyada tanınır. Hollandiyada gündəlik həyatın bir parçası olan velosipeddən 7-dən 70-ə qədər hər kəs istifadə edir. 17 milyon əhalisi olan ölkədə 23 milyon velosiped var. Hollandiya Velosipedçilər Assosiasiyasının məlumatına görə, Hollandiya dünyada 1 milyard velosipedin 2,3 faizinə sahibdir.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə