Efiopiyanın İslam İşləri üzrə Ali Şurası yeni yaradılmış Oromiya əyalətində 20-yə yaxın məscidin dağıdılmasından sonra müsəlmanları sakitliyə çağırıb. SİA xarici mediaya istinadla bildirir ki, şuradan verilən açıqlamada bölgədə evlərin və məscidlərin sökülməsinə etiraz edən müsəlmanlardan hökumətlə məsləhətləşmələrin nəticəsini gözləmələri istənilib. Ötən həftə olduğu kimi, dünən də paytaxt Əddis-Əbəbədəki Ənvər məscidində nümayiş keçirən etirazçılara polis müdaxilə edib.
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə