Ukrayna PUA istehsalını genişləndirəcək

Ukrayna PUA istehsalını genişləndirəcək

Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsalı genişləndiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun PUA zabiti Valeriy Borovik CNN-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Ukraynadakı müdafiə zavodu ilə müqavilə imzalanıb. Proqnozlara görə, Ukraynada ayda 50 deyil, 1000-dən çox PUA istehsal ediləcək.

Şirkətin hazırladığı “Vidsyiç” pilotsuz uçuş aparatı 40 km uçuş məsafəsinə malikdir və 2-3 kq ağırlığında döyüş başlığı daşıya bilir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə