Türkiyə Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi ötən gün Hindistanda baş vermiş qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını dilədi. SİA Türkiyə mətbuatına istinadən bildirir ki, nazirlikdən verilən açıqlamaya görə, ötən gecə Hindistanın Odişa əyalətində baş verən qatar qəzasında 300-ə yaxın insanın həyatını itirməsi, 1000-ə yaxın adamın isə yaralanmasını Türkiyə dərin kədərlə qarşılayır.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə