İtaliyanın paytaxtı Romada yanğın: 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Ötən gün İtaliyanın paytaxtı Romada səkkizmərtəbəli binada baş verən yanğında 1 nəfər ölüb, 9 nəfər yaralanıb. 100-dən çox insan təxliyə edilib. SİA xarici KİV-ə istinadən bildirir ki, Yanğınsöndürmə əməkdaşları dünən günortadan sonra Romanın şərqindəki Colli Aniene rayonunda səkkizmərtəbəli binada baş verən yanğında 1 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını açıqlayıb.

Yanğının nəzarət altına alındığını bildirən yanğınsöndürənlər yanğının səbəblərini araşdırdıqlarını bildiriblər.

Yerli media binada yaşayan 100-ə yaxın insanın təxliyə edildiyini açıqlayıb.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə