Bolqarıstanda Borisovun deputat toxunulmazlığının götürülməsi istənilib

2021-ci ilə qədər ölkəni təxminən 12 il idarə etmiş Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar Partiyasının (GERB) sədri Borisov keçmişdə pul mənimsəmək ittihamı ilə araşdırılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 240 yerlik Bolqarıstan parlamentində 69 nəfərlə ən böyük qrupa sahib olan GERB-dən olan deputat Borisov deputat toxunulmazlığından könüllü olaraq imtina etməyəcəyini bəyan edib. Belə olan halda baş prokuror Qeşevin onun deputatlıqdan getməsi tələbi parlamentdə səsə qoyulacaq.

Borisov, son növbədənkənar ümumi seçkilərə qədər 2 il toxunulmazlığı olmadığı halda, o zaman prokurorluğun heç bir tələb irəli sürmədiyinə diqqət çəkib.

"Hal-hazırda baş verənləri görməmək üçün həqiqətən kor olmalısan" deyən Borisov, prokurorluğun bu tələbi irəli sürmək qərarına GERB partiyasının parlamentdəki ikinci ən böyük qrupu olan Davamla koalisiya hökuməti qurmağa hazırlaşdıqları zaman gəldiyini qeyd edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə