Cənubi Koreya dünya ölkələrinə etiraz etdi

Sinqapurda keçirilən Asiya-Sakit Okean regionunun təhlükəsizlik forumlarından biri olan Şanqri-La Dialoqunda iştirak edən Cənubi Koreyanın Müdafiə Nazir Li “Regional gərginliyin həlli” sessiyasında çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Li təhdidedici raket sınaqları ilə 2022-ci ildə rekord raket sınağı həyata keçirərək Koreya yarımadasına və Sakit Okeana təsir edən Şimali Koreyaya reaksiya verib.

Kim Çen İn rejiminin nüvə və raket imkanlarını inkişaf etdirməyə diqqət yetirdiyini qeyd edən Li, ərzaq qıtlığı və iqtisadi böhranla üzləşən Şimali Koreya xalqına göz yumduğunu bildirib.

Pxenyan rəhbərliyinin yaxın gələcəkdə yeni nüvə sınağı həyata keçirə biləcəyi ilə bağlı iddialara diqqət çəkən Li, Şimalın qeyri-qanuni fəaliyyətlərinə məhəl qoymayan ölkələrin olduğunu qeyd edib.

"Bəzi ölkələr Şimali Koreyanın qaydalara əsaslanan nizam-intizamı pozan qeyri-qanuni davranışına məhəl qoymur və bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) sanksiyalarında boşluqlar yaradır", - deyə Li fikrini bölüşüb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə