“Böyük Ermənistan” xəyalı led ekranda: İrəvan təxribat xəritəsini təzələdi

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla sülh danışıqlarını davam etdirən, digər tərəfdən də Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesini həyata keçirən Ermənistan qonşularını narahat edə biləcək addım atdı.

SİA Türkiyə mediasına istinadən bildirir ki, paytaxt İrəvandakı "Respublika Meydanı" metro stansiyasının divarından illərdir poster şəklində asılan və reaksiyalara baxmayaraq götürülməyən qondarma “Böyük Ermənistan” xəritəsi led ekranın üzərinə daşınıb.

15 ayrı-ayrı erməni rayonuna bölünən xəritədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanın bəzi torpaqları qondarma “Böyük Ermənistan”ın tərkibinə daxil edilib. Türkiyənin Şərqi Anadolu Bölgəsinin mühüm bir hissəsi, xüsusilə Van gölü və ətrafı Böyük Ermənistanın tarixi hissəsi kimi göstərilir.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə