İranda saxlanılan 3 Avropa vətəndaşı Omanın vasitəçiliyi ilə azadlığa buraxılıb
Oman Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İranda saxlanılan 3 Avropa vətəndaşının Omanın vasitəçiliyi ilə Oman Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehrandan Məsqətə gətirildiyi qeyd edilib. SİA xarici mediaya əsasən xəbər verir ki, sərbəst buraxılanlardan birinin Danimarka, digər ikisinin isə Avstriya vətəndaşı olduğu bəyanatda İran hakimiyyətinin Omanın səylərinə müsbət reaksiyası təqdir edilib.
Nazirliyin açıqlamasında sözügedən 3 nəfərin niyə və nə vaxt həbs edildiyi barədə məlumat verilməyib.
İran və Belçika arasında məhbus mübadiləsi sazişi imzalanıb.
İranda casusluq ittihamı ilə 40 il həbs cəzasına məhkum edilən belçikalı Olivier Vandecasteele də mayın 26-da azadlığa buraxılıb və mayın 26-da məhbus mübadiləsi ilə ölkəsinə qayıdıb.
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB