Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sosial media hesabında verdiyi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin Sobolyevka kəndindəki fərdi yaşayış evlərinin yerləşdiyi yerə “Qrad” raketi atdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qladkov “İlkin məlumatlara görə, iki nəfər həyatını itirib. Hücumlar zamanı bu insanlar evlərinin həyətində olublar. Aldıqları yaraya görə həyatlarını itirdilər” ifadəsini işlədib.
Hücumlardan sonra 2-si uşaq olmaqla 6 nəfərin yaralandığını bildirən Qladkov bəzi evlərdə və digər tikililərdə maddi ziyanın olduğunu bildirib.
Qladkov Ukrayna qüvvələrinin gündüz saatlarında hücumu nəticəsində Maslov kəndində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
Son vaxtlar Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod vilayətində Ukrayna qüvvələrinin hücumları artıb. Əvvəlki günlərdə Ukraynadan təxribat qrupu Rusiya sərhədlərinə daxil olub və Rusiya təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Rusiya Ukrayna qüvvələrinin öz sərhədlərindəki hərəkətlərini “terror hücumu” kimi qiymətləndirib.
Ukrayna ordusunun çoxlüləli reaktiv yaylım atəş sistemi ilə hücumları səbəbindən bölgədə müvəqqəti təxliyə mərkəzi yaradılıb və sərhəd bölgəsinə yaxın yaşayış məntəqələrində yaşayan yüzlərlə insan bu mərkəzlərə köçürülüb.
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB