İki milyon insana təxliyə xəbərdarlığı olundu

İki milyon insana təxliyə xəbərdarlığı olundu

Yaponiya Meteorologiya İdarəsi (JMA) paytaxt Tokio da daxil olmaqla, ölkənin cənub və şərq bölgələrinə təsir edən tropik Mavar tayfunu ilə bağlı xəbərdarlıqlarını yeniləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sakit okean sahilindəki əyalətlər üçün çay daşqını və sürüşmə xəbərdarlığını təkrarlayan JMA paytaxt Tokio və bəzi ətraf ərazilərdə yaşlıların təcili təxliyə edilməsinə çağırıb.

Paytaxtla cənub metropollarını birləşdirən sürətli qatar xətlərində müvəqqəti dayanacaqlardan sonra 5 mindən çox insanın gecəni çöldə keçirdiyi bildirilir.

Çayın səviyyəsinin qalxmasından sonra Aiçi vilayətində bəzi magistral yolların su altında qaldığı, vilayətin Toyohaşi əyalətində isə bir nəfərin öldüyü açıqlanıb.

Gifu, Şizuoka, Aiçi və Mie əyalətlərində ümumilikdə 2 milyona yaxın insan üçün müvəqqəti təxliyə çağırışı edilib, Vakayamada isə seldə itən iki nəfər axtarılıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə