Hindistanda ölənlərin sayı 120 nəfəri ötüb

Hindistanda ölənlərin sayı 120 nəfəri ötüb

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 120 nəfəri ötüb. SİA xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi hadisənin baş verdiyi Odişa ştatının yanğınsöndürmə xidmətinin rəhbəri Sudhanşa Sarangiyə istinadən məlumat yayıb.

“120-dən çox cəsəd tapdıq, qurbanların sayı arta bilər”, - o deyib.

“Reuters”in rəsmilərə istinadən verdiyi məlumata görə, yaralananların sayı təxminən 850 nəfərdir. Hüquq-mühafizə orqanları qurbanların sayı ilə bağlı KİV məlumatlarını hələlik təsdiqləməyib.

“Hindustan Times” qəzetinin məlumatına görə, aşmış vaqonların içində bir neçə yüz insan qala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə