Türkiyənin xalça ixracı may ayında artıb

Türkiyənin xalça ixracı may ayında artıb

Türkiyənin xalça ixracı may ayında 48,5 faiz artıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə İxracatçılar Məclisi Xalça Sənayesi İdarə Heyətinin sədri Səlahəddin Kaplan yazılı açıqlamasında Türkiyenin xalça ixracının may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,5 artaraq 234 milyon 317 min dollara çatdığını bildirib.

S.Kaplan xalça sektorundakı rəqəmlərin ümidverici olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə