...Vertolyotdan çıxarkən başını vurması, ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarının Koloradoda keçirilən buraxılış mərasimində səhnəyə yıxılması və ABŞ prezidenti Cozef Baydenlə bağlı digər hadisələr gülüş səbəbi deyil, onun səhhətində problemlər olduğuna dair ciddi siqnaldır. . Bu baxımdan, o, ikinci müddətə yenidən seçilmək haqqında deyil, indiki müddətin sonuna qədər necə sağ qalmaq barədə düşünməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “New York Post”un yazdığı iddia edilir.
Baydenin 80 yaşının olduğunu, tənəzzülə getdiyinə diqqət çəkən nəşr yazır ki, demokratlar bu cür problemlərin mövcud olduğu bir vaxtda Baydenin 2024-cü il prezident seçkilərində iştirak edib-etməyəcəyini yenidən düşünməlidirlər.
Bundan əvvəl Amerika administrasiyasının nümayəndəsi Karine Jan-Pyer, ABŞ prezidenti Cozef Baydenin cümə axşamı Koloradoda yıxılarkən tibbi yardıma ehtiyac duymamasını, dövlət başçısının sadəcə olaraq qum torbasının üstünə büdrəməsi ilə əlaqələndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB