Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov, Kiyevin Moskva ilə danışıqlar üçün qapıları “kifayət qədər möhkəm” bağlı olduğunu bildirib.
SİA rus saytlarına istinadən xəbər verir ki, o, bu barədə “Rada” telekanalının efirində bildirib.
“Biz qapıları bağlamamışıq, amma açmağa da tələsmirik, çünki möhkəm bağlamışıq. Bilirsiniz ki, bu məsələ ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var - biz Putinlə heç bir danışıqlar aparmaq fikrində deyilik”
RİA Novosti-nin yazdığına görə, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib.
Qeyd edək ki, Kreml bundan əvvəl Rusiyanın Ukrayna ilə dialoq üçün heç bir ilkin şərt görmədiyini bildirmişdi.
Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Ukraynada Vladimir Zelenskinin başçılıq etdiyi Kiyev terror rejimi fəaliyyət göstərdiyi bir vaxtda Ukrayna ilə danışıqlar aparmaq mümkün olmayacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB