Rusiyadan Belarusa daha bir dəst “S-400” hava hücumundan müdafiə sistemlərinin çatdırılması başa çatıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu məlumatı iyunun 2-də Belarus Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Beləliklə, “S-400” zenit-raket kompleksinin daha bir dəsti Belarus ərazisinə gətirilib.
““S-400” zenit-raket kompleksinin növbəti dəstinin Rusiya Federasiyası ərazisindən Belarus Respublikası Silahlı Qüvvələrinə çatdırılması başa çatıb”, - məlumatda deyilir.
Bununla yanaşı, RGV (S)-nin Rusiya komponentinin hərbi hissələri və bölmələrinin planlı rotasiyasına başlanıldığı da qeyd edilir.
Və elə bunun nəticəsidir ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin birləşmiş silah və tank birləşmələrinin şəxsi heyəti, silah və texnikası Belarusa gətirilməyə başlanılıb.
Maraqlıdır ki, bunlar bütün fəaliyyətlərin “İttifaq dövlətinin müdafiə qabiliyyətinin artırılması maraqları naminə” həyata keçirildiyi üçün edildiyi deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB