Rusların xarici agentlər reyestri yenə də “şişə-şişə” gedir

Rusların xarici agentlər reyestri yenə də “şişə-şişə” gedir

Bu arada Rusiya Federasiyasının Ədliyyə Nazirliyi jurnalist Roman Superi xarici agentlərin reyestrinə daxil edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər yenilənmiş siyahı şöbənin saytında dərc olunub.

Beləliklə, “xarici agent” kimi təqdim edilən jurnalistin Rusiyanın siyasəti ilə bağlı saxtakarlıqlar yaydığı, Donbasın mühafizəsi üzrə xüsusi əməliyyata qarşı çıxdığı, həmçinin digər xarici agentlərin materiallarını yaradıb yaydığı bildirilir.

Qeyd edək ki, Onunla birlikdə xarici agentlərin siyahısını politoloq Dmitri Oreşkin, “MK Peterburq”un keçmiş baş redaktoru Maksim Kuzaxmetov, “Proekt” və “Yarnovosti” nəşrləri də daxil ediliblər.

Xatırladaq ki, ötən cümə günü “5-tv.ru” saytı Ədliyyə Nazirliyinin anti-Rusiya mövqeyi ilə tanınan Bi-2-dən Lyovanı da xarici agentlərin reyestrinə daxil etdiyini bildirmişdi.

Və onunla birlikdə siyahıya daha səkkiz nəfər və iki dərnək əlavə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə