Dəhşətli qəzada ölənlərin sayı artır - 70 ölü, 400-dək yaralı - YENİLƏNİB-2

Dəhşətli qəzada ölənlərin sayı artır - 70 ölü, 400-dək yaralı - YENİLƏNİB-2

Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.

Yerli sakinlər qurbanların sayının 100-ə çata biləcəyini deyirlər. Dörd yüzə yaxın insanın yaralandığı bildirilir.

Qəza yerində xilasetmə əməliyyatı davam edir.

20:35

Hindistanda yük və sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qəza zamanı 179 nəfər yaralanıb.

Qəza axşam saat 19:20 radələrində sərnişin qatarı Kolkata yaxınlığındakı Şalimar stansiyasından Çennai mərkəzi stansiyasına gedərkən baş verib.

20:14

Hindistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə 30 nəfər həlak olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə