Kamçatka sakinləri küldən boğulmağa başlayıblar
Onların qorxduqları baş verdi

Kamçatkanın Klyuçi kəndinin sakinləri küldən boğulurlar. Belə ki, yerli sakinlər yalnız qoruyucu maska ​​və ya respiratorla çölə çıxa bilirlər... və özü də çox qısa müddətə.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli sakinlərin qorxduğu bir hal baş verib. Belə ki, yaşayış məntəqəsinə elə də uzaq olmayan Şiveluç vulkanı aprel ayında oyanıb. Vulkanın oyanışı ilə yanaşı, ərazidə güclü külək qalxıb.

Və vulkandan qopan toz yaşayış məntəqələrinə səpələnib. Məhz buna görə də qapılarını bağlı saxlayan yerlilər, küçəyə çıxmaqdan belə ehtiyatlanırlar.

Deyilənlərə görə, hazırda kənddəki mənzərələr kosmik mənzərələrə bənzəsə də, amma nədənsə turistləri cəlb etmir.

Qeyd edək ki, əvvəlki illərdə insanlar kütləvi şəkildə buraya gəlirdilər. İndi isə heç kim risk altına girmək istəmirlər. yəni Kamçatkaya gələn turistlər başqa marşrutları seçirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə