Bu gün ukraynalıların əlində nə qədər qanuni silah var

Bu gün hər bir ukraynalının öz evini qorumaq üçün odlu silah almaq hüququ var
Bu gün ukraynalıların əlində nə qədər qanuni silah var

Bu arada “BBC News Ukrainian” telekanalına müsahibə verən Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko, bu gün ölkə vətəndaşlarında 1,2 milyona yaxın odlu silah qeydə alındığını bildirib.

Maraqlıdır ki, avropalı tərəfdaşların dediklərinə istinad edən Klimenko, hərbi əməliyyatlar başa çatdıqdan sonra bu rəqəmin üç milyona çata biləcəyini də gizlətməyib.

O xatırladıb ki, Rusiya xüsusi əməliyyatının başlamasından sonrakı ilk günlərdə hakimiyyət vətəndaşlara çoxlu sayda silah paylayıb, indi ərazi müdafiəsi və ərazi icmalarının könüllü birləşmələri üzvləri bu silahlara sahibdirlər. Bununla bağlı nazir cinayətkarların silahı ələ keçirə biləcəyindən ehtiyat etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko “Ukrayna 24” telekanalının efirində bu gün hər bir ukraynalının öz evini qorumaq üçün odlu silah almaq hüququ olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə