Çexlər ruslardan torpaq sahələrinin icarə haqqını tələb edirlər?

Çexlər ruslardan torpaq sahələrinin icarə haqqını tələb edirlər?

Çexiya Rusiyadan Praqada istifadəsində olan evlərin, Karlovı Varı və Brno şəhərlərində baş konsulluqların binalarının altındakı torpaq sahələrinin icarə haqqını ödəməyi tələb edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə CTK agentliyi məlumat yayıb.

Kütləvi İnformasiya Vasitələrində qeyd olunur ki, torpaq sahələrinin icarəsi üçün ödəniş tələb olunacaq ərazilərə Praqa-6-dakı Çvayqerova küçəsində tikilmiş yaşayış binaları kompleksi, həmçinin Sibir meydanında yerləşən Müqəddəs Lüdmila pravoslav kilsəsi daxildir.

Qeyd edək ki, burada söhbət ümumi sahəsi təxminən 50 min kvadratmetr olan 59 torpaq sahəsindən gedir.

Maraqlıdır ki, bu ərazilərdə Rusiya səfirliyi tərəfindən diplomatik məqsədlər üçün istifadə edilməyən obyektlərin olduğu da bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə