Kreml Paşinyanın dediklərini “qeyd edib”

Kreml Paşinyanın dediklərini “qeyd edib”

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini nəzərə aldığını bildirib.

Qeyd edək ki, bir gün əvvəl Paşinyan Ermənistanın Ukrayna ilə münaqişəsində Rusiyanın müttəfiqi olmadığını demişdi.

Daha sonra o, “bizim bu müharibəni, bu münaqişəni qavrayışımız narahatlıqdır, çünki bu, bizim bütün münasibətlərimizə birbaşa təsir edir”-deyə əlavə etmişdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Paşinyanın dedikləinə diqqət çəkən Peskovun sözlərinə görə, bu, mühüm bəyanatdır. O, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmalarında “müəyyən nüansların” olduğunu və Moskvanın bunları nəzərə aldığını diqqətə çatdırıb.

Kreml səlahiyyətlisi Moskvanın İrəvanla müttəfiqlik münasibətlərini inkişaf etdirməkdə davam etdirəcəyini də diqqətə çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə