Birləşmiş Ştatlar qitələrarası ballistik raketlərin və sualtı qayıqlardan buraxılan ballistik raketlərin buraxılışı barədə Rusiyanı xəbərdar etməyə davam edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan canlı yayımda bildirib.
Onun sözlərinə görə, əgər Rusiya da buna hazır olsa, Amerika Strateji Silahların Azaldılması Müqaviləsindəki (START) kəmiyyət məhdudiyyətlərinə əməl etməyə davam etməyə hazırdır.
Qeyd edək ki, Sallivan nüvə silahı rəqabətində nə ABŞ, nə də Rusiyanın maraqlı olmadığını bildirib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl ABŞ-ın Rusiyaya 2026-cı ilə qədər START məhdudiyyətlərinə riayət etməyi təklif edəcəyi bildirilib.
Xatırladaq ki, Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilə ABŞ və Rusiya arasında 2010-cu il aprelin 8-də Praqada imzalanıb. Bir neçə il əvvəl Moskva və Vaşinqton sazişin müddətini daha beş il uzadıb, amma...
...Amma bu arada, yəni fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Yeni START Müqaviləsində iştirakın dayandırıldığını elan etdi və bununla bağlı martın 1-də müvafiq qanun imzalandı.
2023-cü ilin iyununda isə ABŞ Rusiya tərəfinə strateji silahlarının statusu və yeri barədə məlumatların ötürülməsini dayandırmaq qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB