Bayden təsdiq edir ki...

Koloradonun Kolorado Sprinqs şəhərindəki ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının son kurs tələbələri ilə görüşdə prezident Cozef Bayden ABŞ-ın Rusiyanın raket zərbələri ilə bağlı xəbərdarlıqlarını Ukraynaya çatdırdığını təsdiqləyib.

Xatırladaq ki, Bayden görüşdə, Kiyevin kollektiv Qərbdən dəstəyi ABŞ Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrinin imkanları hesabına təmin edildiyini qeyd edib. “ABŞ Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələri hava daşımaları, logistika nou-hau, hərəkət edən artilleriya və döyüş sursatları, döyüş maşınları, tank əleyhinə və hava hücumundan müdafiə sistemləri, raket hücumu xəbərdarlığı, kosmosda kəşfiyyat, texniki xidmət təmin edən bu əməliyyatın əsasını təşkil edir”.

Bayden deyib bunu.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bayden Ukraynaya hərbi yardım sahəsində ABŞ-ın “unikal potensialı” olduğunu və bu məsələdə dünyanın heç bir ölkəsinin onlarla müqayisə oluna bilməzliyini də diqqətə çatdırıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Pentaqon Ukraynaya artilleriya, zirehli texnikalardan müdafiə vasitələri, sursat, o cümlədən atıcı silahlar üçün patronlardan ibarət 39-cu hərbi yardım paketinin təhvil verildiyini açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə