Amerikalılar Rusiyanın düşməni deyillər.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Helsinki meriyasının binasında keçirilən tədbirdə çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib.
“30 ildir ki, biz Moskva ilə sabit əməkdaşlıq əlaqələri saxlayırıq, çünki təhlükəsiz və firavan Rusiyanın Amerikanın maraqlarına uyğun olduğuna inanırıq”-deyən Blinken, ABŞ-ın Rusiya hökumətini devirməyi planlaşdırmadığını da əlavə edib.
“Rusiyanın gələcəyini ruslar seçməlidir”
Bunu da amerikalı dövlət katibi bildirib.
...Moskvaya qarşı artan sanksiya təzyiqi Donbasın qorunması üzrə xüsusi əməliyyatın ilk günündən davam edir. Kreml dəfələrlə bəyan edib ki, Rusiya iqtisadiyyatı hər şeyə tab gətirə bilər və qoyulan məhdudiyyətlərə görə dağılmayacaq. Bundan əlavə, ABŞ və tərəfdaşları hərbi əməliyyatlar başlamazdan çox əvvəl Rusiya Federasiyasını zəiflətməyə cəhdlər etdilər. Əslində, bir çox sanksiyalar təkcə səmərəsiz deyil, həm də Moskvaya dost olmayan dövlətlərdə sadə insanların həyat səviyyəsini pisləşdirir.
Amma buna baxmayaraq, Entoni Blinken “...biz düşmən deyilik”-deyir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB