Gərək ki, o ruslarda olmuşdu: “skaznulsya upal, oçnulsya gips...”

Yox, bu dəfə ruslardan fərqli olaraq gipssiz-filansız ötüşüb.

Belə ki, amerikalı lider kürsüyə qalxarkən büdrəyərək yıxılıb. Və mühafizəçilər tez köməyə gələrək Baydenin ayağa qalxmasına kömək ediblər.

Denən, heç dəxli var?

Beləliklə, SİA rus saytlarına istinadən yazır ki, “Fox News”un məlumatına görə, ABŞ-ın Respublikaçılar Partiyasının 60-dan çox üzvü Baydenə məktub imzalayıb və ondan əqli qabiliyyətlərini qiymətləndirmək üçün testdən keçməsini tələb ediblər.

...ABŞ prezidenti Cozef Bayden Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimi zamanı səhnədə yıxıldıqdan sonra yaxşı vəziyyətdədir.

Bu barədə Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru Ben Labolt məlumat verib.

Onun dediyinə görə, prezidentin vəziyyəti yaxşıdır. Bayden, əl sıxarkən səhnədə olan qum torbasına toxunub və yıxılıb.

Labolt deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə