Ukrayna NATO-nun Rusiya və Belarusa qarşı təxribatında tramplinə çevrilib?

Ukrayna NATO-nun Rusiya və Belarusa qarşı təxribatında tramplinə çevrilib?

NATO Ukrayna xüsusi xidmət orqanlarını Rusiya və Belarusa qarşı təxribatda əlaqələndirir.

SİA-nın əldə etdiyi məlumata görə, belə bir bəyanatla iyunun 1-də Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov çıxış edib.

Aleksandr Bortnikov bildirib ki, NATO Ukrayna Silahlı Qüvvələrini xarici muzdlular və yaraqlılarla doldurmaqla yanaşı, Ukrayna xüsusi xidmət orqanlarının Rusiya və Belarusa qarşı təxribatlarını birbaşa əlaqələndirir.

“Alyans Kiyev rejiminin silahlı birləşmələri və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətini əlaqələndirir, Ukrayna Silahlı Qüvvələrinin sıralarını xarici muzdlular və beynəlxalq terror təşkilatlarının yaraqlıları ilə artırır"-deyən Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərinin sözlərinə görə, məhz NATO mütəxəssisləri ukraynalı diversantlara yardım göstərir, onları təkcə texniki deyil, həm də lazımi kəşfiyyat məlumatları ilə təmin edib onları Rusiya və Belarusun kritik infrastrukturuna yönəldirlər.

Və nəticədə, Bortnikovun vurğuladığı kimi, Ukrayna indiki reallıqlarda Rusiyaya qarşı hərbi əməliyyatlar və Belarusa qarşı təxribat işlərinin aparılması üçün (təıbii ki, Bortnikovun dediyinə görə, NATO üçün-A.B.) tramplinə çevrilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə