“Mən yatmaq istəyirəm, qoy, bir az da onlar yatmasınlar...”

Kiyevli qadın Rusiya raketlərinin “ağzını” Kiyevdən yayındırmağın yolunu göstərir
“Mən yatmaq istəyirəm, qoy, bir az da onlar yatmasınlar...”

Bu arada özünü kiyevli kimi təqdim edən bir qadın, Kiyevi Rusiyanın raket zərbələrindən qorumağın “əla yollarından...hələ ki, birini göstərib.

Beləliklə, onun sözlərinə görə, əgər amerikalıların ukraynalılara verdikləri “Patriot” hava hücumundan müdafiə sistemi şəhərdən çıxarılsa, məsələn, deyək ki, Qərbi Ukraynaya aparılarsa, bu halda Putin ordusu daha Kiyevə raket atmayacaq.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, qadın bu “təşəbbüslə” öz “İnstastories”də çıxış edib.

Qadına görə, vaxtlı və vaxtsız Kiyevə atılan raketlərin səsi onu yatmağa qoymur. O isə əlini-qolunu uzadıb rahatca yatmaq istəyir.

Maraqlıdır ki, “Patriot”ların Qərbi Ukraynaya daşınması təşəbbüsü ilə çıxış edən qadın, bir az da onların, yəni Ukraynanın qərb vilayəti sakinlərinin yuxularına açı qatmalarını istəyir. Amma etiraf edilməlidir ki, kiyevli qadın bunu...”sevgi” ilə bəyan edib.

...Və eyni zamanda həmən qadın, bu təklifinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin onu narahat etməyəcəklərinə ümid edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə