2023-cü ildə Rusiyada 600-dən çox tank istehsal edilib

Medvedev bildirib ki,
2023-cü ildə Rusiyada 600-dən çox tank istehsal edilib

“...Ən əhəmiyyətli şeyləri götürsəniz - mərmilər, top artilleriyası, tankların buraxılması - onda bu rəqəmlər çox təsir edicidir. Təkcə bu il sənayemiz 600-dən çox tank istehsal edib”

SİA-nın əldə etdiyi məlumata görə, TASS sabiq prezidentin sözlərini sitat gətirib.

Təbii ki, Medvedev yalan deyəsi deyil ki...

Qeyd edək ki, bundan bir müddət əvvəl Kronstadtda iyunun 21-dən 25-dək Rusiyanın Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə “IMDS-2023” Beynəlxalq Dəniz Müdafiəsi Şousu keçiriləcəyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə