Rusiya məktəblərində dronlardan istifadə qaydaları tədris olunur

Rusiya məktəblərində dronlardan istifadə qaydaları tədris olunur

Rusiyanın regionlarında məktəblər şagirdlərə onlardan istifadə üsullarını öyrətmək üçün “tədris dronları” almağa başlayıb. Bu barədə dövlət satınalmaları saytında bir neçə analoji hərrac aşkar edən “Mühüm hekayələr” xəbər verir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, jurnalistlər dronların alınması üçün ən azı beş lot tapıblar. Belə ki, Sankt-Peterburq məktəbləri dronlar almağa hazırlaşır. Məsələn həmən məktəblərdən biri - 583 nömrəli - dəyəri ən azı bir milyon rubl olan 15 “təlim PUA” almaq istəyir.

Sankt-Peterburqun 525 nömrəli məktəbi isə "quadrokopterlərin öz-özünə yığılması üçün" dəstləri almağı planlaşdırır.

Qeyd edək ki, müqavilənin məbləği təxminən bir milyon rubl təşkil edir. Yeri gəlmişkən, hər iki məktəb Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən tədbirlərdə fəal iştirak edirlər.

Onu da qeyd edək ki, qonşudan qalma dala prinsipinə əməl etməyə çalışan Kalininqradın 50 nömrəli məktəbi də 9,4 milyon rubla "PUA-ların inkişafı üçün tədris hava modulu" almağı planlaşdırır.

Qurum həmçinin aerofotoqrafiya ilə pilotsuz təyyarənin idarə edilməsi kompleksinə 5 milyon rubl xərcləyəcək. Oxşar alışları Yakutskdakı Maqanskaya orta məktəbi və Yujno-Saxalinsk şəhərindəki 1 nömrəli lisey də həyata keçirir.

Əslində bunların canfəşanlığa start vermələrinin göstərişi yuxarıdan gəlib. Belə ki, 2023-cü ilin aprelində Rusiya prezidenti Vladimir Putin, dronların idarə olunması kurslarının təhsil proqramlarına, o cümlədən məktəblərdə öyrədilməinə göstəriş verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə