Üçüncü hücum briqadası son bir neçə aydır Baxmut şəhərini rus qüvvələrinin irəliləyişlərindən müdafiə edir. Batalyon komandiri Petr Qorbatenkonun “The Guardian”a verdiyi məlumata görə, öldürülən bir ukraynalı əsgərə görə, 10 rusiyalə hərbçi öldürülür.
“...Siz döyüşlərdə torpaqları zəbt edib işğal etməklə deyil, düşməninizi, onun texnikasını və anbarlarını məhv etməklə qalib gəlirsiniz. Öldürdükləri hər birimizə görə biz onlardan 10 nəfəri öldürdük”-deyən Qorbatenko, bura hələ artilleriya itkisini saymadığını deyir.
SİA ukraynalı batalyon komandirinin dediklərinə istinadən, öldürülənlərin daha şox “Vaqner” qrupundan olduqlarını bildirir.
Digər batalyon komandiri Dmitri Kuxarçuk isə “Vaqnerit” komandirlərinin öz əsgərlərinin ğlümünə elə də təəssüflənmədiklərini bildirib.
Onun dediyinə görə, ruslar öz əsgərlərinin həyatını o qədər ucuz qiymətləndirirdilər ki, rus artilleriyası atəş açarkən “düşmən” və ya “özünkü”nün öldürüldüyünə elə də önəm vermirdi.
Yeri gəlmişkən, Ukrayna saytlarının yazdığına görə, son sutka ərzində Baxmut istiqamətində ruslarla dörd toqquşma olub. Ukrayna tərəfinin dediyinə görə, ruslar son bir neçə gündə bu cəbhə zonasında hücumlarının sürətini xeyli azaldıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB