Ukrayna Gürcüstan Hava Yollarına qarşı sanksiyalar tətbiq etməyi təklif edir

Ukrayna Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar həyata keçirməyə başlayan "Georgian Airways" aviaşirkətinə beynəlxalq sanksiyaların uzadılmasını təklif edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin portalı - "Müharibə və Sanksiyalar" məlumat yayıb.

“Georgian Airways”dən başqa, sanksiya tətbiq etmək riski olan hüquqi şəxslər siyahısına Rusiya aviaşirkətlərinə xidmət göstərmək üçün yaradılmış “Aero Handling Georgia” da daxildir.

Bundan başqa, “Georgian Airways”in təsisçisi Tamaz Qayaşvili və onun qardaşı, aviaşirkətin sahibi David Qayaşvili də sanksiya riski altında olan şəxslər siyahısına əlavə edilib.

“Gürcüstan Hava Yollarının nəqliyyat kommunikasiyalarını əhəmiyyətli dərəcədə intensivləşdirməyə və sadələşdirməyə yönəlmiş fəaliyyəti, o cümlədən Gürcüstandakı Rusiya biznesinin nümayəndələri üçün sanksiyalardan yayınmaq, Rusiya biznesinin Gürcüstan iqtisadiyyatına inteqrasiyasını artırmaq üçün yeni sxemlərin yaradılması risklərinin artmasına səbəb olur”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “War & Sanctions” saytında deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə