İmran Xanın zaminə buraxılmasına qərar verilib

İmran Xanın zaminə buraxılmasına qərar verilib

Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xanın mühakimə olunduğu 7 iş üzrə iyunun 19-na qədər zaminə buraxılmasına qərar verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xan məhkəməsinin dinləmələrində iştirak etmək üçün Laxordan paytaxt İslamabada gedib.

Məhkəmə Xanın mühakimə olunduğu 7 iş üzrə 19 iyuna qədər zaminə buraxılmasına qərar verib.

2022-ci ilin aprelində hakimiyyətdən gedən Xan barəsində 90-dan çox iddia var.

Bütün xəbərlər Facebook səhifəmizdə