Yens Stoltenberq Türkiyeyə səfərə gəlir

NATO-nun Baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bildirib.
Yens Stoltenberq Türkiyeyə səfərə gəlir

Stoltenberq Norveçin paytaxtı Osloda keçirilən qeyri-rəsmi Xarici işlər nazirləri sammitindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Baş katib İsveçin NATO-ya üzvlüyü ilə bağlı suala cavabən: “Həftənin əvvəlində prezident Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsi ilə görüşdüm. Yaxın vaxtda Ankarada səfərdə olacağımı bildirdim”.

Stoltenberq “İsveçin üzvlük protokolunun ratifikasiyası ilə bağlı Türkiyeyə mesajının nədir” deyə özünə ünvanlanan sula isə: “İsveçin NATO-ya üzvlüyü İsveç üçün olduğu qədər Skandinaviya ölkələri, Baltikyanı ölkələri, bütün NATO və Türkiye ilə yanaşı digər müttəfiqlərin də lehinə olacağına inanıram”-deyə vurğulayıb.

Stoltenberq Xarici İşlər Nazirləri Toplantısından sonra verdiyi açıqlamada Türkiyedə prezident seçkilərinin sona çatması və 28-ci Dövr parlament seçkiləri ilə İsveçin NATO üzvlüyü ilə bağlı türk səlahiyyətliləri ilə dialoqu yenidən başlatmaq istədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə