Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın ətrafı “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojini tənqid etməkdədir. Belə ki, Kadırovun qohumu, Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan parlamentinin sədri Maqomed Daudov və “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov Priqojini tənqid edənlər sırasındadır. SİA bu barədə rus saytlarına istinad edir.
Məsələn, Delimxanov “Vaqner” PMC-nin sahibini sursat çatışmazlığı ilə bağlı problemləri şişirtməkdə günahlandırıb.
Onun dediyinə görə, Baxmut yaxınlığındakı itkilərə görə məsuliyyəti məhz Priqojin daşımalıdır. Maraqlıdır ki, bir müddət bundan əvvəl Delimxanov bunun əksini deyirdi.
Görən, nələr yaşanır?
Demə, Priqojinin çeçen bölmələrinin yerdəyişməsi ilə bağlı şərhi Kadırovun ürəyincə olmayıb.
Delimxanov “Vaqner” sahibinin kadırovçuların nə etdiyini başa düşməməsindən qəzəblənib. O, Priqojini bütün dünyaya problemlər qışqıran bloqqer adlandırıb.
Delimxanov Rusiya Müdafiə Nazirliyinin Priqojin muzdlularına daim kömək etdiyinin də dilə gətirib.
Digər Kadırovçu, Çeçenistan rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlılarının komandanı Apti Alaudinov isə “çıxış”ında Priqojinin “Axmat” xüsusi təyinatlılarında olmayan bütün vasitələrə təmin olunduğunu deyib.
Çeçenistan parlamentinin sədri Maqomed Daudov Priqojinə eyni ruhda davam edəcəyi təqdirdə, bundan yaxşı heç nə görməyəcəyini bildirib. O, həmçinin Priqojini şəxsən görüşə dəvət edib.
Qeyd edək ki, Yevgeni Priqojin hələlik bütün bunlara şərh verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB