Amma Zelenski hələ də ümidlidir...

Amma Zelenski hələ də ümidlidir...

Vladimir Zelenski Ukraynanın NATO-ya daxil olması perspektivlərindən məyusdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna lideri bunu Avropa Siyasi Birliyinin Moldovada keçirilən sammitində bəyan edib.

Zelenski guya Kiyevin NATO-ya üzvlük ümidlərindən getdikcə uzaqlaşdığını deyib.

“Bu məyusluğu burada həm əsgərlər, həm də xalqımız adından ifadə etməli olduğum üçün üzr istəyirəm”, - deyə siyasətçi bildirib.

Amma bütün bunlatra baxmayaraq, Zelenski Ukraynanın alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitində NATO-ya dəqiq dəvət gözlədiyini də gizlətməyib.

Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Burbok, NATO ərazisində münaqişə gedən ölkənin, bloka üzv qəbulunun müzakirə edə bilməzliyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə