ABŞ və Ukrayna generalları əks-hücumu müzakirə etdi

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə Zalujnı özünün "Telegram" kanalında məlumat yayıb.

Zalujnı həmkarını Ukrayna ordusunun əks-hücum planları barədə məlumatlandırıb.

“Biz silah, hərbi texnika və sursatla təminat məsələsinə diqqət yetirdik. Prioritet ehtiyaclar arasında uzaq mənzilli mərmilər var”, – Zalujnı yazıb.

O əlavə edib ki, Mark Milli Ukrayna ərazisinə raket və PUA ilə hücumlar barədə məlumatlandırılıb. Zalujnı bununla bağlı hava hücumundan müdafiə sisteminin gücləndirilməsini və F-16-ların tədarükünü istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə