Makron Ukrayna ilə bağlı Qərbə çağırış etdi

Qərb ölkələri etibarlı və davamlı sülhə nail olmaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti verməlidir. SİA xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Bratislavada keçirilən "Globsec" təhlükəsizlik forumunun sessiyasında bildirib.

Onun sözlərinə görə, müttəfiqlər Ukraynanı kütləvi şəkildə silahlandırırlar, lakin onlar onu heç bir strateji təhlükəsizlik dialoquna daxil etmirlər.

“Əgər biz etibarlı və uzunmüddətli sülh istəyiriksə, Ukrayna üçün etibarlı tərəfdaş olmaq istəyiriksə, ona hər hansı yeni təcavüzün qarşısını almaq üçün vasitələr verməliyik və onu təhlükəsizlik arxitekturası müqavilələrinə daxil etməliyik. Mən Ukraynaya maddi və etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarıyam”, - deyə Makron vurğulayıb.

Fransa prezidenti öz təklifini iki səbəblə əsaslandırıb. O deyib ki, Ukrayna bu gün Avropanı müdafiə edir, həmçinin Ukraynanın istifadə etdiyi silahların həcmini nəzərə alaraq, çoxtərəfli formatda birgə təhlükəsizlik zəmanətlərinin verilməsi Avropanın maraqlarına uyğundur.

"Biz bu məsələdə əvvəlkindən daha iddialı olmalıyıq", - Fransa lideri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə