“Sabah biz Rusiya Federasiyasına hücum edirik”

Rusiya Könüllülər Korpusu döyüşçüləri Belqoroda etdikləri “hücum”un videosunu nümayiş etdiriblər

Bu arada Rusiya Könüllülər Korpusu Belqorod vilayəti ərazisində keçirilən əməliyyatın videosunu nümayiş etdirib.

Qeyd edildiyi kimi, əməliyyat günü ərzində Rusiya Könüllülər Korpusu rusların bir ilə yaxın döyüşdüyü Baxmut meydanının üstünlük təşkil etdiyi ərazini tam nəzarətə götürüblər.

...Bir gündə bütün Baxmutdan daha böyük bir ərazini tam nəzarətə götürə bildik. Hələlik bu, yalnız gücümüzün sınağıdır, baxmayaraq ki, bu cür “məşqlər” zamanı biz yeni zirehli personal daşıyıcısı “82 da A”-nı oğurlaya bildik! Amma bunun arxası daha çox gələcək. Rusiya Könüllülər Korpusuna eşq olsun!

Qeyd edək ki, SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Könüllülər Korpusunun döyüşçüləri videoda səsləndiriblər.

Onu da qeyd edək ki, əməliyyatla bağlı yayımlanan kadrlar hərəkat rəhbərinin çıxışı ilə başlayır. O, çıxışında sabah Rusiya Könüllülər Korpusunun Rusiya Federasiyasına hücum edəcəyini və buna görə də onlara uğurlar arzulamağı xahiş edir.

Daha sonra videoreportajda faktiki əməliyyatın görüntüləri nümayiş etdirilib.

Yeri gəlmişkən, UNİAN agentliyinin verdiyi məlumata görə, Rusiya Könüllülər Korpusunun və “Rusiya Azadlığı Legionu”nun 22 yaşlı döyüşçüsü Rusiya sərhədini “pozaraq” Belqorod vilayətinə keçənlərdən olub. Xatırladaq ki, toqquşmalar zamanı Rusiya Könüllülər Korpusunun və “Rusiya Azadlığı Legionu”nun iki döyüşçüsünün yaralandığı deyilir.

Amma buna baxmayaraq, üsyançıların sözlərinə görə, onlar rusların zirehli transportyorlarını, atıcı silahlarını və digər texnikalarını ələ keçirə biliblər.

Və...Ukraynada isə bütün baş verənlərlə bağlı heç bir əlaqələrinin olmadığını və Rusiya vətəndaşlarının özlərinin orada təhlükəsizlik zonası yaratmaq əməliyyatı apardıqlarını bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə