NATO Şimali Koreyanın hərbi peyk buraxmaq cəhdini pisləyib

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi peyk buraxmaq cəhdini pisləyib

Baş katib Stoltenberq yazılı açıqlamasında bu təşəbbüsü şiddətlə qınadığını ifadə edərək: “Bu gərginliyi artırır, regionun və onun hüdudlarından kənarda təhlükəsizliyi üçün ciddi risklər yaradır, məhz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini açıq şəkildə pozur. NATO Şimali Koreyanı bu təxribatçı hərəkətləri dayandırmağa və dialoğa çağırır. Alyans regiondakı yaxın tərəfdaşları olan Koreya Respublikası və Yaponiyanın yanında olmaqda davam edəcək”.

SİA-nın əldə etdiyi məlumata görə, Şimali Koreyanın səhər saatlarında peyk buraxılışı raket daşıyıcı sistemindəki nasazlıq səbəbindən uğursuz olub. Buraxılış Şimali Koreyanın 2016-cı ildən bəri 6-cı uğursuz peyk buraxma cəhdi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə