"Güclü sülh şansı üçün Ukraynaya mümkün qədər kömək etməliyik"

Qərb Ukraynanın effektiv əks-hücum əməliyyatına başlamasına kömək etmək üçün əlindən gələni etməlidir.

“Le Monde” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Bratislavada keçirilən “Globsec” forumunda çıxışı zamanı deyib.

Hazırda bununla bağlı hər şey etdiklərini deyən Makron, əks-hücum əməliyyatının güclü sülh üçün şans verdiyini də dilə gətirib.

O, həmçinin etiraf edib ki, Rusiya diktatoru Vladimir Putin Ukraynanı işğal etməklə onu “güclü elektrik şoku ilə ayıldıb”.

SİA-nın əldə etdiyi məlumata görə, Makron, Avropa İttifaqına daxil olmazdan əvvəl digər namizəd ölkələr kimi Ukraynada da bir sıra islahatlar aparmaq lazım olduğunu bildirib. Makrona görə, əks halda Avropa fəlakətlə üzləşəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə