Krım körpüsü “Storm Shadow” qanadlı raketlərlə vurulacaq?

Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov çərşənbə günü, mayın 31-də Krım körpüsünü vurmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etmək imkanını təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı siyasətçi “24” telekanalının efirində bildirib.

Amma maraqlıdır ki, Danilov belə bir raket hücumunun nə vaxt baş verə biləcəyi ilə bağlı vaxt çərçivəsini açıqlamayıb və qeyd edib ki, hərbçilər bunu öz hərəkətlərinin uğuruna əmin olduqda edəcəklər.
“Bu, bizim strategiyamızdır, Silahlı Qüvvələrimizin həyata keçirdiyi taktikadır”, – deyən Danilov, Ukrayna hərbçilərinin hansı obyektləri birinci, hansını isə “ikinci, üçüncü, dördüncü, beşinci” vuracağını bildiyini də gizlətməyib.

Qeyd edək ki, Danilov 100 faiz nəticə əldə etmək üçün diqqətli hazırlığa və mürəkkəb məsələlərdə ləngliyə çağırıb. O, həmçinin bəyan edib ki, Ukrayna hakimiyyəti üçün təhlükə yaradacaq bütün obyektlərin vaxtı gələcək.

Yeri gəlmişkən, bundan əvvəl xüsusi hərbi əməliyyat zonasında Rusiya hava hücumundan müdafiə qüvvələrinin guya bir gündə iki “Storm Shadow” uzaqmənzilli qanadlı raketi ələ keçiriyi bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə